Səhnədə “Müharibə”
03 sentyabr 2013 14:03 (UTC +04:00)

Səhnədə “Müharibə”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni  mövsümə start verib. Lent.az-ın məlumatına görə, sentyabrın 21-də, saat 12:00 da rus yazıçısı A. Tolstoyun eyniadlı əsəri əsasında hazırlanmış “Buratinonun macəraları”  tamaşası olacaq. Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru İvisa Simiç, quruluşçu rəssamı Dinka Jeriçeviç, bəstəkarı İqor Karliçdir.

Bundan əlavə, həmin gün saat 19.00-da İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Müharibə” tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.

Teatrın kollektivi sentyabrın 30-dan oktyabrın 2-ədək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabr ayının 3-dən 6-dək Kalmıkiya Milli Dram Teatrında R.Rzanın “Ana qaz”, L.Nurenin “Müharibə” və P.Züskindin “Kontrabas” tamaşaları ilə çıxış edəcək.

Hazırda teatrda cari repertuarda olan tamaşaların məşq prosesi gedir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774
avatar

Yalçın UĞUR

Oxşar yazılar