Bu gün, uşaqların Savalan baba kimi tanıdığı görkəmli aktyor Sadıq Hüseynovun doğum günüdür. Lent.az-ın məlumatına görə, Sadıq Ömər oğlu Hüseynov 29 dekabr 1924-cü ildə Kürdəmir rayonunun Atakişili kəndində anadan olub. Hələ ibtidai məktəbin dördüncü sinfində oxuyarkən Kürdəmir şəhər mədəniyyət evində fəaliyyət göstərən xalq teatrına üzv olur. Orada hazırlanan tamaşalarda müxtəlif rollarda çıxış edir. Yuxarı sinifdə oxuyarkən məktəblərdə müəllim çatışmazlığından müəllim kimi işləməyə başlayır. Orta məktəbi bitirdikdən sonra müəllimlik fəaliyyətini davam etdirir.
Böyük Vətən Müharibəsi başlayanda 18 yaşlı Sadıq Hüseynov ordu sıralarına çağırılır. Müharibə başa çatandan sonra o, Bakıya qayıdır və Gənc Tamaşaçılar Teatrında işə qəbul edilir. Teatr İnstitutunda təhsil alan Sadıq Hüseynov sonradan Görkəmli rejissor Adil İsgəndərovun dəvəti ilə 1952-ci ildə Azərbaycan Dövlət Akademik Dram teatrına dəvət alır. Burada müxtəlif obrazlar yaradır. Sonralar aktyor “Azərbaycanfilm” kinostudiyasında, Azərbaycan Televiziyası və Radiosunda işləyib. İşlədiyi dövrlərdə filmlərdə çəkilməklə yanaşı, uşaq veriləşlərində də aparıcılıq edir və uşaqların sevimli Savalan babasına çevrilir. Qüdrətli sənətkar 1 iyun 2003-cü ildə vəfat edib.
![Bu güm Savalan babanın doğum günüdür](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
Bu güm Savalan babanın doğum günüdür
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ](https://lent.az/storage/news/2024/july/25/big/66a25fc5a271a66a25fc5a271b172191738166a25fc5a271466a25fc5a2717.jpg)
Üzünü görən hamı ondan qorxurdu - kişi "İfritə"nin SİRLƏRİ
26 iyul 2024 , 20:15![Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı](https://lent.az/storage/news/2024/july/25/big/66a248c88967566a248c889676172191149666a248c88967166a248c889673.jpg)
Dünya ədəbiyyatında ən güclü 10 qadın obrazı
26 iyul 2024 , 12:24![Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi](https://lent.az/storage/news/2024/july/24/big/66a0ffefb354466a0ffefb3545172182731166a0ffefb353f66a0ffefb3541.jpg)
Bu il baxmalı olduğunuz 15 ən yaxşı animasiya filmi
25 iyul 2024 , 12:50![“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ](https://lent.az/storage/news/2024/july/24/big/66a0dcca3eb4466a0dcca3eb45172181831466a0dcca3eb3e66a0dcca3eb41.jpeg)
“Halallıq vermədiyim xalq artistləri çoxdur” - Tanınmış aktrisa ilə MÜSAHİBƏ
24 iyul 2024 , 16:57!["Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA](https://lent.az/storage/news/2024/july/24/big/66a0b0c809b4266a0b0c809b43172180704866a0b0c809b3866a0b0c809b3d.jpg)
"Belə şeylərə nə ehtiyac var?" - Xalq artisti Arif Babayevdən AÇIQLAMA
24 iyul 2024 , 14:34![Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?](https://lent.az/storage/news/2024/july/24/big/66a0b592560f666a0b592560f7172180827466a0b592560ef66a0b592560f3.jpg)
Fəxri adı ləkələyən XƏTA - Ağadadaş Ağayevi nə gözləyir?
24 iyul 2024 , 13:03![“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb](https://lent.az/storage/news/2024/july/22/big/669e438f4bf1a669e438f4bf1b1721648015669e438f4bf14669e438f4bf17.png)
“Doqquzlamaq” nə deməkdir? - Belə yaranıb
23 iyul 2024 , 19:36![Son illərin ən yaxşı 20 qorxulu filmi](https://lent.az/storage/news/2024/july/22/big/669e646613b29669e646613b2b1721656422669e646613b21669e646613b25.jpg)