Bu gün Dövlət Film Fondunda aktyor və kinorejissor, xalq artisti Şahmar Ələkbərovun 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib. Lent.az-ın məlumatına görə, tədbir iştirakçıları görkəmli aktyora həsr edilmiş fotosərgi ilə tanış olandan sonra Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərilib.
Qeyd edək ki, yubiley Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşıb.