27 sentyabr - Ümumdünya Turizm Günü münasibətilə sabah saat 10:00-dan turizm nümayişi obyektlərinə giriş bir günlük pulsuz olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu idarəsinin tabeçiliyində olan muzey, qoruq, kompleks və abidələrdə, o cümlədən Azərbaycan Dövlət Xalça Muzeyində "açıq qapı" keçiriləcək.
Bundan əlavə, sentyabrın 27-də axşam saatlarında İçəri şəhərdə (Qız Qalası yaxınlığında) saat 17:00-dan, Filarmoniya bağında saat 19:00-dan və Fəvvarələr meydanı ərazisində saat 20:00-dan paytaxt sakinləri və şəhərimizin qonaqları üçün iki saatlıq proqramla canlı caz konserti keçiriləcək.