ANS-in aparıcısı Rövşanə Bektaşi Təkamül və İnteqrasiya İctimai Birliyinin “Mətbuatın dostu” mükafatına layiq görülüb. Bununla bağlı öz təəssüratlarını Lent.az-la bölüşən aparıcı məmnun olduğunu söyləyib: “Hər il olduğu kimi bu il də mənə mükafat təqdim etdilər. Belə bir mükafatın təsis edilməsi sevindirici haldır. Ümumiyyətlə, nəinki jurnalistikada hər bir sahədə belə bir mükafat olsa, yaxşı olar. Əvvəlki illərdə də “İlin jurnalisti” və başqa adlara layiq görülmüşəm. Bu, məni sevindirməyə bilməz. Mükafatlar işlərimə daha da stimul verir”.