Rəssamların «Əks» sərgisi açılıb
05 dekabr 2013 20:26 (UTC +04:00)

Rəssamların «Əks» sərgisi açılıb

Fransanın Azərbaycandakı səfirliyində əcnəbi və yerli rəssamların əsərlərindən ibarət “Əks” adı altında sərgi keçirilib. Lent.az-ın məlumatına görə, sərgidə əsərləri təqdim olunan rəssamlar, səfirliyin rəsmiləri, mədəniyyət nümayəndələri iştirak edib.

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye sərginin keçirilməyinin məqsədi, qarşılıqlı mədəni əlaqələrin əhəmiyyətindən danışıb: “Fransa səfirliyi Bakıda yaşayan rəssamların “Əks” adlı bu sərgisini öz iqamətgahında keçirməkdən məmnundur. Bu tədbiri səfirliyin bütün komandası maraqla hazırlayaraq, həm də belə paylaşmanın intuisiyasının keyfiyyətini dərk etdi”.

 

Səfir qeyd edib ki, sərgidə iranlı, britaniyalı, şotlandiyalı rəssamların əsərləri nümayiş olunur: “Ümid edirəm ki, sizin ixtiyarınıza verilən əsərlər ürəyinizcə olacaq. Rəssamlıq elə sahədir ki, orda tərcüməçiyə, kiminsə izahına ehtiyac yoxdur. Əsərləri nümayiş olunan  rəssamlarla əməkdaşlıqdan biz çox məmnunuq və ümid edirəm, bu gələcəkdə də davam edəcək”.

 

Sərgidə Roşanak Ustadın, Həbib Sahirin, Fərid Məmmədzadə və Fəridə Məmmədzadənin, Hayas Hüseynin və başqalarının əsərləri nümayiş olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1079
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar