Rəssamın əsərləri “Artist”də sərgiləndi
29 noyabr 2013 16:43 (UTC +04:00)

Rəssamın əsərləri “Artist”də sərgiləndi

Bu gün "Artist" Rəsm Qalereyasında xalq rəssamı Böyükağa Mirzəzadənin əsərlərindən ibarət sərgi olacaq. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, sərgi dekabrın 10-dək davam edəcək.

 

 

Qeyd edək ki,  xalq rəssamı 1921-ci il fevralın 21-də Bakıda anadan olub. 1939-cu ildə Azərbaycan Rəssamlıq Məktəbini bitirib V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb. Onun yaratdığı əsərlər Azərbaycan rəssamlıq məktəbinə ölkəmizin hüdudlarından kənarda da şöhrət qazanıb.


1965-76-cı illərdə Dövlət Musiqili Komediya Teatrının baş rəssamı vəzifəsində çalışıb, İ. Əfəndiyevin "Mənim günahım" pyesinə, Z. Bağırovun "Qaynana", İ. Kalmanın "Bayadera" musiqili komediyalarına bədii tərtibat verib. Onun çəkdiyi tablolar dünyanın bir çox tanınmış muzeyləri, rəsm qalereyaları, sərgi salonlarında nümayiş olunur.

 
B. Mirzəzadə uzun illər Dövlət Rəssamlıq Məktəbi,  Mədəniyyət və İncəsənət Universiteti və Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Rəssam "Şöhrət" Ordeninə layiq görülüb. 2007-ci il noyabrın 3-də 86 yaşında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar