Rektor konsert verəcək
24 oktyabr 2014 12:14 (UTC +04:00)

Rektor konsert verəcək

Oktyabrın 26-da Daşkənddə Özbəkistan Dövlət Konservatoriyasında xalq artistləri, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və drijor Yalçın Adıgözəlov konsert verəcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, onları Özbəkistan Milli Simfonik Orkestri müşayiət edəcək.

 

 

Özbəkistanın dövlət və ictimaiyyət nümayəndələri, mədəniyyət, incəsənət xadimləri, bu ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının iştirak edəcəyi konsertdə Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürası, Soltan Hacıbəyovun "Karavan" simfonik əsəri, Qara Qarayevin "Yeddi gözəl" baletindən süita, Fikrət Əmirovun Azərbaycan kapriççiosu və başqa məşhur əsərlər ifa olunacaq.

 

 

Konsert proqramında azərbaycanlı musiqi ustaları Azərbaycan əsərləri ilə yanaşı "İstədim" Özbək vokal simfonik əsərini Özbəkistanın xalq artisti Əvəz Rəcəbovla birgə ifa edəcəklər.

 


Qeyd edək ki, Azərbaycan və Özbəkistanın müstəqilliklərinin əldə etmələrinin 23-cü ildönümünə həsr olunan dostluq konserti  Azərbaycanın Özbəkistandakı Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726

Oxşar yazılar