Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının qərarı ilə xalq artisti, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, "Şöhrət" ordenli görkəmli kinorejissor Rasim Ocaqovun adına təqaüd təsis olunub.
Lent.az-ın məlumatına görə, görkəmli kinorejissor R.Ocaqov adına təqaüdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissor ixtisası üzrə təhsil alan 3-cü kurs tələbəsi (xalq artisti, professor Eldar Quliyevin emalatxanası), 1-ci qrup əlil Masər Fuad oğlu Həsənov layiq görülüb.