Rafiq Hüseynov: [b]“İşə çıxıram, ağrılarım olmur”[/b]
14 may 2014 17:55 (UTC +04:00)

Rafiq Hüseynov: [b]“İşə çıxıram, ağrılarım olmur”[/b]

“Kimyaterapiya başa çatsa da, yenə Türkiyəyə getməliyəm”. Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib.

 

Onun sözlərinə görə, növbəti müayinədə həkimlər kimyaterapiyanın ümumi nəticələrini müzakirə edəcəklər: “Mayın 19-da İstanbula yola düşəcəyəm. Bu müayinədən mütləq keçməliyəm. Həkimlər indiyə qədər qəbul etdiyim dörd kimyaterapiyanın nəticəsinə görə konkret qərar verməlidirlər ki, sağlamlığım nə yerdədir. Ümumi götürəndə, özümü yaxşı hiss edirəm. İşə çıxıram, yeyib-içməyim, yuxum normaldır, ağrılarım olmur. Amma bu xəstəlik elədir ki, arxayın olmaq olmaz, fəsadını hər vaxt göstərə bilər”.

 

Qeyd edək ki, R. Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163
avatar

Oxşar yazılar