Qılman İlkinin 100 illik yubileyi qeyd ediləcək
08 iyul 2014 18:56 (UTC +04:00)

Qılman İlkinin 100 illik yubileyi qeyd ediləcək

0

Prezident İlham Əliyev xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə  Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 630

Oxşar yazılar