Bu il martın 6-da bəstəkar Oqtay Kazıminin musiqilərinə Qənirə Paşayevanın şeirləri əsasında hazırlanmış "Ağla mənim üçün bu şəhər və sən" adlı albom təqdim olunacaq.
Lent.az-ın məlumatına görə, albomda musiqisi O. Kazımiyə, sözləri Q. Paşayevaya məxsus 8 mahnı var.
Albomda O.Kazıminin 80 illik yubileyi gecəsinin video yazısı da yer alıb.
Albomun üz qabığında isə Q. Paşayevanın özəl fotosessiyası əksini tapıb.