
Qədir Rüstəmovun əfsanəvi səsi Vugarixxin yeni mahnısında
DJ Vugarixx mərhum sənətkarımız Qədir Rüstəmovun canlı çıxışından istifadə edərək, "Sən Getdin" adlı yeni bir mahnı yaradıb. Lent.az-ın məlumatına görə, mahnının sözləri Bəxtiyar Vahabzadəyə aiddir. Daha öncə təqdim olunan "Bir Axşam" və "Bəxt Üzüyü" mahnıları bunu deməyə imkan verir ki, Vugarixx artıq bu stilistikanı öz adı ilə bağlayıb.
"Sən Getdin" mahnısına Bəhruz Qurbanlı tərəfindən yığılan video görüntülərdə qoca və tənha bir kişinin öz həyat yoldaşından illərdir ayrı yaşaması, lakin hələ də bir-birilərini sevməsi əks olunur. Mahnı özü və video görüntülər payız aurasında hazırlanıb.
Onu da qeyd edək ki, Vugarixx bu 3 mahnının da daxil olacağı - 11 mahnılıq EP albom hazırlayıb. Albomdakı bütün mahnılar məhs bu stilistikadadır. Rəsmi tracklist, albom cover-i, albomun release tarixi və sairə bütün informasiyalar bu günlərdə təqdim olunacaq.
Oxşar yazılar
Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36