Bu gün Qəbələ V Beynəlxalq Musiqi Festivalına start verilib. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, avqustun 6-dək davam edəcək festivala Azərbaycandan başqa Rusiya, Türkiyə, Böyük Britaniya, ABŞ, İtaliya, Fransa, Koreya, İsrail, Litva, Kuba və Qazaxıstandan olan dünya şöhrətli dirijor, ifaçı və kollektivlər qatılacaq.
Festivalda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Bakı Musiqi Akademiyasının kamera orkestri, Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Gülnaz İsmayılova, Toğrul Qəniyev və beynəlxalq müsabiqələr laureatları, istedadlı gənc solistlər, muğam ifaçıları çıxış edəcəklər.
Qeyd edək ki, Heydər Əliyev Fondunun beynəlxalq layihələri sırasında xüsusi yer tutan Qəbələ festivalı 2009-cu ildən olaraq keçirilir.