Qara Qarayevin nəvəsindən sürpriz disk
05 iyun 2014 22:47 (UTC +04:00)

Qara Qarayevin nəvəsindən sürpriz disk

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) vəfatının 32-ci ildönümü ilə əlaqədar ABŞ-da “QaraBağ: ZulfiqaRenatuS” diski buraxılıb.

 

Lent.az-ın məlumatına görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, saksafonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizanın müasir üslubda ifasının toplandığı disk Vaşinqtonda yerləşən “Qarabağ” Fondunun sponsorluğu ilə işıq üzü görüb.
 
Zülfüqar Bağırov bəstəkar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir.
 
“Qarabağ” Fondunun məlumatına görə, Z. Bağırov və R. Diza klassik Azərbaycan musiqisini dinləyicilərə tamamilə yeni ampluada - caz və digər musiqi üslublarının sintezi şəklində təqdim ediblər.
 

“QaraBağ: ZulfiqaRenatuS” diskini http://www.karabakhfoundation.org/ZulfiqaRenatuS/ linkinə daxil olmaqla əldə edə bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar