Özbəkistanda azərbaycanlı rəssamların sərgisi keçiriləcək
17 aprel 2014 14:34 (UTC +04:00)

Özbəkistanda azərbaycanlı rəssamların sərgisi keçiriləcək

0

Aprelin 25-də Özbəkistanda azərbaycanlı rəssamların "Odlar yurdunun baharı" adlı akvarel əsərlərinin sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a  verilən məlumata görə, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş sərgi Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistan Təsviri İncəsənət Qalereyasının sərgi zalında olacaq.

 

Özbəkistandakı səfirliyimizin, Özbəkistanın Təsviri İncəsənət Qalereyası, Azərbaycanın Respublika Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən iki günlük sərgidə 10-dan çox Azərbaycan rəssamının 50 -yə yaxın sulu boya ilə çəkilmiş (akvarel) əsərləri nümayiş olunacaq.

 

 Sərgidə Özbəkistanın tanınmış rəssamları, akvarel əsərlərin müəllifləri, sənətşünaslar, Özbəkistan Rəssamlıq Akademiyasının nümayəndələri, Kamoliddin Bexzod adına Özbəkistan Rəssamlıq və Dizayn İnstitutunun müəllim və tələbə heyəti və digər qonaqlar da iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 581

Oxşar yazılar