Oya Ergünün “Ruhum” albomu təqdim olundu
11 may 2013 16:03 (UTC +04:00)

Oya Ergünün “Ruhum” albomu təqdim olundu

Sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Türkiyənin tanınmış bəstəçisi Emre Dündara aid olan "Bir sən, bir İstanbul" və "Niyə Yalnızsın" mahnılarının daxil olduğu  "Ruhum" albomunun təqdimatı keçirilib.

 

Lent. az-ın məlumatına görə, bu gün  Muğam Klubda  Türkiyənin tanınmış  sənətçisi  Oya Ergünün  "Ruhum" albomunun  təqdimatı olub. Təqdimat Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə  baş tutub.   Oya Ergün  artıq bir müddətdir ki ailəsi ilə bərabər Azərbaycanda yaşadığını, burada yaşamaqdan məmnun olduğunu və özünü öz evindəki kimi hiss etdiyini deyib. Azərbaycan musiqisinə heyranlığını bildirən sənətçi musiqisevərlər üçün alboma daxil olan bir neçə mahnı ifa edib. O, Azərbaycanın klassik bəstəkarlarının əsərlərindən olan, "Hardasan", "Nazəndə sevgili" ilə bərabər sözləri millət vəkili Qənirə Paşayevaya  aid olan "Bir sən, bir İstanbul" və "Niyə Yalnızsın" da oxuyub. "Ruhum" adlanan yeni alboma salınmış və sözləri millət vəkili Qənirə Paşayevaya aid olan mahnıların bəstəkarı Türkiyənin tanınmış bəstəçisi Emre Dündardır.

Sənətçinin  yaradıcılığını və istedadını yüksək qiymətləndirən Qənirə Paşayeva bildirib ki, sənətçinin “Ruhum” albomu Azərbaycan musiqisevərlərinə hədiyyəsidir: “Oya xanımın bu albomu digərlərindən öz məzmununna görə fərqlənir. Oya xanımın Azərbaycana olan sevgisinin, bizim zəngin musiqimizə olan sevgisinin nəticəsidir ki, albomun yarısını  Azərbaycan mahnıları təşkil edir. İnanırıq ki, albom dinləyicilərin ürəyincə olacaq. Qeyd edim ki, mayın 23-ü Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq Azərbaycan Demokratik Respublikasının 95 illiyi münasibətilə. Oya xanımın Bakıda  konsertini  təşkil edəcəyik. İnanırıq ki, insanlarımız bu konsertdən böyük zövq alacaqlar.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

Oxşar yazılar