Aprelin 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Covanni Battista Perqolezinin “Qulluqçu-xanım” operasının premyerası olacaq. Teatrdan Lent.az-a verilən məlumata görə, yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist, prezident mükafatçısı İnarə Babayeva, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.
Tamaşada əsas rolları İnarə Babayeva (Serpina), Anton Ferştandt (Doktor Uberto) və Fərid İbrahimov (Vespone) ifa edəcəklər.
Qeyd edək ki, operanın ilk tamaşası 1733-cü ildə baş tutub. “Qulluqçu-xanım” bu günə kimi dünyanın ən nüfuzlu opera teatrlarının repertuarında möhkəm yer tutur.
Opera və Balet Teatrında “Qulluqçu-xanım” operası olacaq
491