Opera və Balet Teatrında “Məhəbbət tanqosu”
28 aprel 2014 15:47 (UTC +04:00)

Opera və Balet Teatrında “Məhəbbət tanqosu”

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Məhəbbət tanqosu” baletinin premyerası olacaqdır. Teatrdan Lent.az-a verilən məlumata görə, dünya şöhrətli bəstəkarların, o cümlədən Astor Pyatsollanın musiqisi əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu baletmeysteri tanınmış rusiyalı xoreoqraf, Rusiyanın xalq artisti Liliya Sabitovadır.

 

 

Tamaşada əsas partiyaları Azərbaycanın xalq artistləri Kamilla Hüseynova (Laura), Gülağası Mirzəyev (Raul), əməkdar artist Samir Səmədov (Migel) və Veronika Arazova (Tereza) ifa edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 739
avatar

Oxşar yazılar