Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti müğənni Cahangir Qurbanova Amerikadan təklif gəlib. Lent. az-ın məlumatına görə, o, amerikalı bəstəkar B.Kolosun təklifi ilə Müslüm Maqomayevə həsr olunmuş mahnı oxuyacaq. Bəstəkar Cahangirin ifasında Müslüm Maqomayevə ithaf olunmuş "Posvəhenie" (İthaf) kompozisiyasını dinlədikdən sonra bu qərara gəlib. Əsəri Eldar Həsənov E.Qrişinin sözlərinə bəstələyib.
Opera ifaçısı Lent. az-a açıqlamasında B. sKolosun Müslüm Maqomayevin pərəstişkarı olduğunu deyib: " O, bizim Müslüm Maqomayevə həsr edilmiş klipimizə baxandan sonra Eldar müəllimin koordinatlarını tapıb və ondan böyük sənətçiyə ithaf olunmuş sözlərə mahnı bəstələməyi xahiş edib."