Böyük türk şairi Nazim Hikmətin məzarının olduğu monastırda yanğın baş verib.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, Moskvada yerləşən tarixi Novodeviçye monastrı yanıb. Xəbərdə bildirilir ki, təmir işləri aparılan monastırın zənglərindən birində qəfil yanğın baş verib.
Təxminən 300 kvadrat metr ərazinin yandığı hadisənin qarşısı Rusiya FHN əməkdaşları tərəfindən alınıb.
Qeyd edək ki, adı çəkilən monastır 16-cı əsrdə inşa edilib. Nazim Hikmətin 1963-cü ildə dəfn edildiyi məzarlıq bu monastırın həyətində yerləşir.