Mayın 12-13-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, sərgi Bakı Biznes Mərkəzində olacaq.
Sərgi prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Mədəniyyət və Turizm, Xarici İşlər, Təhsil nazirlikləri, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə təşkil olunub.