Akademik Milli Dram Teatrı beynəlxalq layihələr gerçəkləşdirir. Lent-az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, teatrda Gürcüstan Dövlət Akademik Dram Teatrı ilə birgə Hüseyn Cavidin "Şeyx Sənan" faciəsi tamaşaya qoyulacaq. Əsər artıq gürcü dilinə tərcümə edilib. Yeni mövsümdə tamaşanın Bakıda və Tiflisdə premyerası olacaq.
Başqa beynəlxalq layihələr də gözlənilir. Polyak rejissoru Kşiştof Zanussi də tamaşa hazırlayacaq. Rejissorun sentyabrda Bakıya gələcəyi planlaşdırılır.
Bundan əlavə, Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşasında Müsyö Jordanı fransız aktyor oynayacaq.
Qeyd edək, Sofoklun "Antiqona" faciəsini də xarici rejissor səhnəyə qoyacaq.