Musiqili Teatrın aktrisası "Operetta və müzikl ulduzları"nda
30 oktyabr 2014 18:49 (UTC +04:00)

Musiqili Teatrın aktrisası "Operetta və müzikl ulduzları"nda

Oktyabrın 31-dən noyabrın 3-dək Qazaxıstanın Karaqanda şəhərində «Operetta və müzikl ulduzları» IV Beynəlxalq Festivalı keçiriləcək. Lent.az-a verilən məlumata görə, ölkəmizi festivalda Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası aparıcı, əməkdar artist Nərgiz Kərimova təmsil edəcək.  

 

Qeyd edək ki, solist-vokalist Nərgiz Kərimova 1989-cu ildə Bakıda keçirilən «Qızıl payız-89» Respublika müsabiqəsinin, 1990-cu ildə isə Moskva şəhərində keçirilən «Yeni adlar» III Ümumittifaq müsabiqəsinin laureatı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 794
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar