Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər:
Hüseynova Fidan Yaqub qızı – Bakı şəhər T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi
Məmmədov Əli Zaur oğlu – ABŞ, Nyu-York Manhetten Musiqi Məktəbinin tələbəsi
Məsimov Nicat Rafiq oğlu – Azərbaycan Milli Konservatoriyasının tələbəsi