Noyabrın 19-dan 21-dək Mingəçevirdə “CAUCADOC” sənədli filmlər festivalı keçiriləcək. Lent.az-ın məlumatına görə, festivalın açılışı Mingəçevir Politexnik İnstitutunun akt zalında təşkil olunacaq.
Festivalın təşkilatçılarından biri “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin rəhbəri, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev bildirib ki, bu festival təşkilatın 2013-cü ildə keçirəcəyi ikinci kino bayramıdır. Yeni festivalda ABŞ, İsveçrə, Hollandiya, Rumıniya, Avstriya, Almaniya, Gürcüstan, Türkiyə, Azərbaycan kinematoqrafçılarının filmləri nümayiş olunacaq. Filmlərin nümayişindən sonra ekspert və qonaqların iştirakı ilə müzakirələr aparılacaq.
Qeyd edək ki, birinci festival bu il aprel ayının 8-dən 10-dək Mingəçevir Media Mərkəzində təşkil edilib.