Milli Qəhrəman Cavanşir Rəhimova həsr olunan “Cavanşir” filminin təqdimat mərasimi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin, Qax Rayon İcra Hakimiyyəti, Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə çəkilən filmin rejissoru Kəmalə Musazadədir.
Təqdimat mərasimində Milli Qəhrəmanın yaxınları və doğmaları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə və Cavanşir Rəhimovun anası çıxış ediblər.
Çıxışlar zamanı qeyd olunub ki, belə filmlər, tədbirlər torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş insanların xatirəsinin əbədiləşdirilməsi üçün növbəti addımlardan biridir.
Qeyd edək ki, film dövlət sifarişi ilə “Yaddaş” studiyasında lentə alınıb.