
Məşhur stendapçı səhnədə vəfat etdi
Britaniyanın tanınmış komik stendapçısı, 60 yaşlı Yan Koqnito səhnədə çıxışı zamanı dünyasını dəyişib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “BBC” məlumat yayıb.
Koqnito səhnədə olduğu 10 dəqiqə ərzində deyib-gülüb, şən monoloqları ilə hamını əyləndirib.
“Təsəvvür edin, bu dəqiqə mənə bir zərbə dəyir və mən ayılanda Valliya dilində (Uels dili) danışıram”, - deyə stendapçı zarafatından da qalmayıb.
Bir neçə dəqiqə sonra isə Koqnitonun həqiqətən də halı pisləşib. Ancaq tamaşaçılar bunu da çıxışın bir hissəsi zənn ediblər.
Səhnə arxasında olanlar vəziyyətin ciddiliyini anlayaraq təcili tibbi yardım çağırıblar, lakin çox gec olub və komik aparıcı vəfat edib. Onun ölümünə ürək tutmasının səbəb olduğu bildirilib.
Oxşar yazılar

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR
25 iyul 2025 , 20:15
Arif Babayevin SON DURUMU - YENİLƏNİB
25 iyul 2025 , 15:10
"336 manat 58 qəpik təqaüd alıram" - Küçədə corab satan aktyorla MÜSAHİBƏ
25 iyul 2025 , 14:54
Leonardo da Vinçi müəmması: Kainatın sirrini “Vitruviyalı adam”ın ayaqları arasında gizlədib
22 iyul 2025 , 20:15
Şuşada Vaqif Poeziya günləri keçirilir
22 iyul 2025 , 18:37
Yay günlərində izləyə biləcəyiniz 6 film - VİDEO
21 iyul 2025 , 16:57