Məşhur Rusiya xoreoqrafı Bakıda
18 iyun 2014 18:00 (UTC +04:00)

Məşhur Rusiya xoreoqrafı Bakıda

Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, məşhur xoreoqraf və rejissor Sergey İvanoviç Qrisay Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağıdır. Teatrdan Lent.az-a verilən məlumata görə, o, U.Şekspirin “III Riçard” pyesi əsasında hazırlanan eyniadlı tamaşada döyüşlərin və rəqslərin qurulması üçün dəvət olunub. 

 

Böyük İngilis dramaturqu U. Şekspirin anadan olmasının 450 illik yubileyi çərçivəsində hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Rusiya Akademik Gənclər Teatrının baş rəssamı Stanislav Benediktov (Moskva), xoreoqrafı RF-nin əməkdar incəsənət xadimi Sergey Qrisay (Sankt Peterburq), bəstəkarı Firudin Allahverdidir.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada rolları xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova oynayacaq.  

 

Qeyd edək ki, S. Qrisay iki il öncə Dövlət Gənc Tamaşaçılar Teatrında U.Şekspirin “Romeo və Cülyetta” tamaşasında döyüşlərin və rəqslərin quruluşunu verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 530

Oxşar yazılar

Zurab Sereteli

Xalq rəssamı VƏFAT ETDİ

22 aprel 2025 , 10:21
“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

“Oskar”ın növbəti təqdimetmə mərasimi bu tarixdə keçiriləcək

22 aprel 2025 , 06:41
Orxan Fikrətoğluna nazirlikdə vəzifə  verildi

Orxan Fikrətoğluna nazirlikdə vəzifə verildi

21 aprel 2025 , 17:53
 Çətin gün keçirdin?   - Bu komediyalardan birini izlə -VİDEO

Çətin gün keçirdin? - Bu komediyalardan birini izlə -VİDEO

21 aprel 2025 , 14:44
Cennifer Lopez bu filmdə baş rola  çəkiləcək

Cennifer Lopez bu filmdə baş rola çəkiləcək

21 aprel 2025 , 13:34
Sevgi haqqında deyilmiş 7 aforizm

Sevgi haqqında deyilmiş 7 aforizm

20 aprel 2025 , 19:23
 Xəstəliklərinə görə   kariyeralarını bitirən ULDUZLAR

Xəstəliklərinə görə kariyeralarını bitirən ULDUZLAR

20 aprel 2025 , 11:07
Dahilərdən yumor  haqqında 10 aforizm

Dahilərdən yumor haqqında 10 aforizm

18 aprel 2025 , 18:24