Sabah məşhur caz ustası Avişay Koenin konserti olacaq. Lent. az-ın məlumatına görə, israilli A. Koen bəstəkar, aranjemançı və müğənnidir. Onun kompozisiyalarında caz və ənənəvi yaxın şərq musiqisi duyulur.
Ondan bir gün sonra isə daha çox Markus Miller kimi məşhur olan Uilyam Henri Markus Millerin konserti olacaq. Maylz Devis, Erik Klepton, Lyuter Vandross, Devid Sanborn ilə çalışan Miller ilk növbədə bas-gitara ifaçısıdır.
Hər iki konsert Heydər Əliyev sarayında saat 19:00-da olacaq.