Prezident İlham Əliyev Azərbaycan memarlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Ağazadə Rüfət Rüfət oğlu
Axundov Cahangir Rifaətoviç
Bayramov Rizvan Mustafa oğlu
Hacıyeva Səbinə Xalid qızı
İbrahimli Yusif Mahmud oğlu
Məlikov Natiq Ağa Rza oğlu
Məmmədov Kamil Müzəffər oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar memar” fəxri adı verilib:
Babakişiyev Rasim Calal oğlu
İbrahimov İbrahim Məmmədhüseyn oğlu
Kiryaşov Yevqeniy Mixayloviç
Qarber Aleksandr Aronoviç
Qədirov Cəmaləddin Bəy oğlu
Molla-zadə Fərhad Ədhəm oğlu
Musaxanov Kəmal Ağa Paşa oğlu
Vəliyev Nazim Oruc oğlu.
Prezidentin növbəti sərəncamı ilə Azərbaycan memarlığının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:
Əbdülrəhimov Ramiz Həmid oğlu
Əmirxanov Afis Yusif oğlu
Quliyev Feyzulla Ağasəfər oğlu.