Mədəniyyət və turizm idarələri yerli icra strukturlarının siyahısından çıxarıldı
28 oktyabr 2016 18:40 (UTC +04:00)

Mədəniyyət və turizm idarələri yerli icra strukturlarının siyahısından çıxarıldı

Prezident İlham Əliyev “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanında dəyişik edib. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısının imzaladığı yeni fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də aşağıdakı dəyişiklik edilib:

 

1. 4.12.7-ci yarımbənd ləğv edilsin.

 

2. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə Əlavə”nin 1-ci bəndindən “Mədəniyyət və Turizm Nazirliyinin,” sözləri çıxarılsın.

 

Qeyd edək ki, bir müddət əvvəl ölkə başçısının imzaladığı sərəncamla yerli mədəniyyət və turizm idarələri ləğv edilib və onların yerinə regional idarələr yaradılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 449
avatar

Oxşar yazılar