Lənkəranda Qəni Vəliyev adına şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Lənkəran payızı” II folklor festivalı keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, rayonun mədəni-maarif müəssisələrində folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması, eləcə də şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədilə keçirilən tədbirdə 75 klubun folklor kollektivləri öz məharətini nümayiş etdirib.
Üç gün davam edən sənət yarışmasında fərqlənən kollektivlər Lənkəran şəhər bələdiyyəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.