Kanadada beynəlxalq tədbirdə Azərbaycan musiqisi günü keçirilib 
14 iyul 2014 23:15 (UTC +04:00)

Kanadada beynəlxalq tədbirdə Azərbaycan musiqisi günü keçirilib 

0

2014-cü il iyulun 13-də Kanadanın Niaqara-on-the-Lake şəhərində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib.


 

Lent.az-ın Azərbaycanın Kanadadakı səfirliyinə istinadən məlumatına görə, tədbir çərçivəsində “Araz Dance” qrupu Azərbaycanın xalq musiqisi və milli rəqsi proqramı ilə çıxış edib.

 

Qeyd edək ki, sözügedən qrup Torontoda yaşayan soydaşlarımız tərəfindən təsis edilib.

 

Tədbirdə Azərbaycanın Kanadadakı səfirliyinin müşaviri Elcan Həbibzadə də iştirak edib . E.Həbibzadə tədbir zamanı çıxış edərək, son illər ərzində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın milli rəqs və musiqi proqramlarının təşkilinin artıq ənənəvi hal aldığını bildirib və bunun Kanadada Azərbaycan mədəniyyətinin tanınması, eləcə də iki ölkə arasında mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 582

Oxşar yazılar