2013-cü ilin mədəniyyət paytaxtı seçilən Səudiyyə Ərəbistanının Mədinə şəhərində İSE
Mədəniyyət və turizm nazirliyindən APA-ya verilən məlumata görə, konfransda ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılış mərasimində Ə.Qarayev çıxış edərək,nun son iki il müddətindəki fəaliyyətini yüksək qiymətləndirib.
Səfər çərçivəsində nazir İSESKO-nun baş direktoru Əbdüləziz Osman ət-Tüveyci və Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Əbdüləziz bin Mohieddin Xoca ilə görüşlər keçirib. Ə.Qarayev həmçinin Səudiyyə Ərəbistanı Kral ailəsinin üzvü, Mədinənin əmiri Feysəl bin Salman əs-Səud ilə də görüşüb.
Konfrans yanvarın 24-dək davam edəcək.