İqtidar və müxalifət arasında “rep müharibəsi” qızışır.
Gün.Az xəbər verir ki, əvvəlcə iqtidara qarşı müxalifətçi gənclər rep hazırlayıb. Bundan qəzəblənmiş iqtidar müdafiəçisi olan gənclər də “Antimüxalifət” adlı rep hazırlayıblar. Zevs ləqəbli repçinin oxuduğu repdə müxalifətdə olan gənclər “sapı özümüzdən olan baltalar, xaricdən gələn qrantlara işləyənlər” adlandırılıb, onlar fərarilikdə ittiham edilib.
Məlum olub ki, bu rep “İRƏLİ” İctimai Birliyinin təşəbbüsü ilə yazılıb. Adının açıqlanmasını istəməyən “İRƏLİ” üzvü deyib ki, bu, hələ başlanğıcdır, qarşıda daha səs-küylü replər olacaq.