İllərdir yataq xəstəsi olan əməkdar artistdən xəbər var
17 fevral 2015 11:26 (UTC +04:00)

İllərdir yataq xəstəsi olan əməkdar artistdən xəbər var

Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanovanın səhhətindən xəbər var. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Lent.az-a açıqlama verərək bildirib ki, aktrisanın vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, uzun müddətdir ki, dializ və şəkər xəstəliyindən əziyyət çəkən aktrisa bir neçə gün öncə növbəti dəfə əməliyyat olunub və özünü yaxşı hiss edir.  

 

Xatırladaq ki, 2006-ci ildən şəkər xəstəsi olan G. Salmanova  bir neçə ay öncə Nərimanov rayonu, Arif Heydərov küçəsi, bina 21-də yaşadığı evdə hamamdan yataq otağına keçmək istəyərkən yerə yıxılmışdı. Hadisə zamanı oğlu ilə telefonla danışırmış. O, bir neçə saat mənzildə huşunu itirmiş vəziyyətdə qaldıqdan sonra hadisədən xəbər tutan oğlu dərhal qonşuluqda yaşayan aktrisa Kübra Əliyeva ilə əlaqə saxlayıb və kömək etməsini xahiş edib. O isə mənzilin qapısını aça bilmədiyindən FHN-nin xüsusi riskli xilasetmə xidmətini köməyə çağırmışdı.

 

Qeyd edək ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir adaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında at Balaxanım və başqa obrazları ilə tanınıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Yalçın UĞUR

Oxşar yazılar