Martın 21-də xalq artisti Hüseynağa Sadıqovun 100 yaşı tamam olur. Lent.az-ın məlumatına görə, aktyorun doğum günü münasibəti ilə Dövlət Film Fondunda tədbir keçiriləcək.
Qeyd edək ki, H. Sadıqov 50 ildən çox Gənc Tamaşaçılar Teatrında çalışıb. Teatrda oynadığı obrazlarla yanaşı, aktyor “Ad günü”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Əhməd haradadır?”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Qaraca qız”, “Sehrli xalat”, “Yenilməz batalyon” kimi 40-dək filmdə yaratdığı müxtəlif səpkili rollarla tamaşaçılar tərəfindən sevilir. Aktyorun sonuncu çəkildiyi film “Babamızın babasının babası” filmidir.