
Hollivud aktrisası vəfat edib
Amerikanın teatr, kino və televiziya aktrisası Ketrin Helmond 89 yaşında vəfat edib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, aktrisa fevralın 23-də Los-Ancelesdə dünyasını dəyişib, lakin bu barədə məlumat yalnız indi açıqlanıb. Onun ölümünə Altsheymer xəstəliyinin şiddətlənməsi səbəb olub.
K.Helmond “Las-Veqasda vahimə və nifrət”, “Məşqçi”, “Raymondu hamı sevir”, “Sabun” və “Burada boss kimdir?” filmlərindəki rolları ilə məşhurdur.
Aktrisa karyerası ərzində dəfələrlə “Emmy” mükafatına namizəd irəli sürülüb. O, Brodveydə “Qüdrətli tanrı Braun” pyesindəki roluna görə teatr sahəsində “Tony” mükafatının laureatıdır. K.Helmond iki dəfə “Qızıl qlobus” mükafatına layiq görülüb. O, Henri Marşallın “Suya düşmüş” və Alfred Hiçkokun “Ailəvi qəsd” filmlərində də çəkilib.
“Maşın” cizgi filmlərində Lizzinin maşınını səsləndirməsi onun sonuncu işi olub.
Oxşar yazılar

Arif Babayevin SON DURUMU
29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi
29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi
29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti
28 iyul 2025 , 11:06
Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır
27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB
26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
26 iyul 2025 , 11:34