Yanvarın 17-də Dövlət Film Fondunda xalq artisti Həsən Məmmədovun 75 illik yubileyi qeyd ediləcək. Fondan Lent.az-a verilən məlumata görə, tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, onun rol aldığı filmlərdən fraqmentlər göstəriləcək, sənət dostlarının xatirələri dinlənəcək.
Görkəmli kino aktyorunun yubileyi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilatı dəstəyi ilə keçiriləcək.