Tanınmış modelyer Novruz tədbirində...
01 mart 2016 13:22 (UTC +04:00)

Tanınmış modelyer Novruz tədbirində...

Argentinanın Azərbaycandakı səfirliyinin iqamətgahında qarşıdakı Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Turizm Assosiasiyası (icraçı direktor Aytən Əliyeva), Gülnarə Xəlilovanın Azərbaycan Mlli Geyim Mərkəzi və "Artishok" agentliyi (sahibi Fəxrəndə Həsənzadə) tərəfindən təşkil olunub. Tədbiri keçirmək ideyası Nabat Aşurovaya məxsusdur.

Tədbirdə təqribən 20 diplomatik missiya rəhbərinin xanımı iştirak edib. Azərbaycanın milli geyimlərini geyinən səfirlərin xanımları Novruz bayramı barədə çox şey öyrəndilər, eləcə də müxtəlif mərasimlərdə, şirniyyatların hazırlanmasında, stolun bəzədilməsində iştirak etdilər. Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Rivanın xanımı Marte Rivaya Gülnarə Xəlilovanın mili ornamentlərlə və Bakıdakı I Avropa Oyunlarının talismanları ilə bəzədilmiş əl işi olan pannosu hədiyyə edilib.

 

Qeyd edilib ki, Novruz bayramı Azərbaycanda ən qədim, sevimli və şən bayramlardandır və bu bayram xalqımızın ənənəvi dəyərlərini özündə birləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 317
avatar

Yalçın UĞUR

Oxşar yazılar