Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anılıb
22 fevral 2018 19:38 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsi anılıb

Fevralın 22-də Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi və Gənc Tamaşaçılar Teatrının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.

 

Lent.az Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, anım tədbiri dövlət himninin səslənməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Teatrın pedaqoq-təşkilatçısı, əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan xalqının erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından söz açıb, Xocalı soyqırımının heç zaman unudulmayacağını vurğulayıb.
 

Çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan qoşunlarının Xocalı şəhərinə hücumu nəticəsində 613 nəfərin öldürüldüyünü diqqətə çatdıraraq dövlətimiz tərəfindən bu soyqırımı faktının dünyada tanıdılması istiqamətində aparılan fəaliyyətlərdən və cinayətkarların cəzasız qalmayacağından bəhs ediblər.
 

Qeyd olunub ki, bu gün soyqırımı qurbanlarının qisasını alacaq, ata-baba torpaqlarımızı düşməndən azad edərək üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaq güclü ordumuz və rəşadətli Azərbaycan əsgəri vardır.
 

Teatrın repertuarında S.Elsevərin Xocalı faciəsinə həsr edilmiş “Arzu və Murad” tamaşası tədbir iştirakçılarına təqdim olunub. Tamaşanı Müdafiə Nazirliyinin zabit, əsgər və kursant heyəti, Səbail rayon 50 saylı orta məktəbin müəllim və şagird kollektivi, Xocalı faciəsinin şahidləri böyük maraq və həyəcanla izləyiblər.
 

Tədbirin sonunda gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində göstərdikləri təşəbbüsə görə tamaşanın yaradıcı kollektivi Fəxri fərmanlarla təltif edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

Arif Babayevin SON GÖRÜNTÜLƏRİ

1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM

1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31