Yanvarın 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası olacaq.
Teatrdan APA-ya verilən məlumata görə, “Bir gecənin nağılı” adlı səhnə əsəri Rövşən Ağayevin eyniadlı əsəri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı isə İradə Muradovadır. Tamaşada rolları Zülfiyyə Alhüseynova (Gülnaz) və Eşqin Quliyev (Namiq) ifa edəcəklər. Yeni səhnə əsəri iki gəncin maraqlı tanışlığı və sonrakı taleyi haqqındadır.