Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Dənizli şəhərində keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, kollektiv mayın 5-də yola düşəcək. Türkiyə, Rusiya Federasiyası, İran, Gürcüstan və dünyanın bir sıra ölkələrindən olan teatrların qatıldığı festivalda Dövlət Gənc Tamaşaçılar Teatrı dramaturq-aktyor Məcid Vahidzadənin eyniadlı əsəri əsasında hazırlanmış “Bir səbət tənhalıq” tamaşasını nümayiş etdirəcək.
Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nofəl Vəliyev, tərtibatçısı Zəminə Orucova, musiqi tərtibatçısı İradə Muradovadır. Tamaşa fiziki qüsurlu gənc qız (Güşvər Şərifova) və bəxtsiz cavandan (Anar Səfiyev) bəhs edir.