Opera və Balet Teatrının noyabr ayı üçün repertuarı açıqlanıb. Lent.az-ın məlumatına görə, teatr yeni aya Ü.Hacıbəylinin “Əsli və Kərəm” i ilə başlayacaq. Noyabrın 3-də A. Adanın “Jizel” baleti, ondan dörd gün sonra M. Maqomayevin “Şah İsmayıl” operası nümayiş etdiriləcək.
Noyabrın 9-da L. Minkusun “Don Kixot” baleti, ayın 10-da S.Raxmaninovun “Aleko” operası, 13-də isə M. Ravelin “Bolero”, D.Şostakoviçin “Xanım və xuliqan” baletlərini təqdim edəcək. Noyabrın 15-də “ÜNS” Yaradıcılıq Səhnəsinin təşkilatçılığı ilə Moskva teatrının “Zapadnya” tamaşası, ayın 17-də isə “TODES” rəqs qrupunun konserti təqdim ediləcək. Teatr balaca tamaşaçılarını da unutmayıb. Balacalar noyabrın 16-da L. Vaynşteynin “Çəkməli pişik” uşaq operasına baxa biləcəklər.
Tamaşaçılar noyabrın 23-də C. Puççininin “Bohema”, P. Çaykovskinin “Romeo və Cülyetta”, R. Şedrin, J. Bizenin “Karmen süita” baletlərinə baxacaqlar. Opera və Balet Teatrının kollektivi noyabrın 27-də Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasına, ayın 30-da Q.Qarayevin “Yeddi gözəl” baletini nümayiş etdirəcək.