Fidan Hacıyeva Londonda konsert verəcək
02 aprel 2018 12:29 (UTC +04:00)

Fidan Hacıyeva Londonda konsert verəcək

Fidan Hacıyeva Londonda Azərbaycanın ilk qadın bəstəkarlarından olan Ədilə Hüseynzadənin əsərindən ibarət konsert verəcək

Lent.az-ın məlumatına görə, xalq artisti, mezzo-soprano Fidan Hacıyevanın Londonda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin son və sevimli tələbələrindən biri olan, konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın Ədilə Hüseynzadənin əsərlərindən ibarət konserti keçiriləcək. Görkəmli bəstəkar, vokalçı, Azərbaycanın əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin əsərlərindən ibarət konsertin mayın 16-da “Kings Place” konsert zalında keçirilməsi nəzərdə tutulur. Konsertdə Ədilə xanımın mahnıları 3 dildə - Azərbaycan, rus, ingilis ifa olunacaq. Konsert əməkdar artist, violonçelist Aleksey Miltıx və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadənin (fortepiano) müşayiəti ilə baş tutacaq. Fidan Hacıyeva bildirib ki, bu konsertin keçirilməsində məqsəd Azərbaycanın zəngin mədəni irsini, ölməz sənətkarımızın əsərlərini dünyaya tanıtmaqdır. Fidan xanım onu da əlavə edib ki, bu konsertləri silsilə olaraq Bakıda və dünyanın bir çox ölkələrində davam elətdirmək istəyindədir.

Bildiyiniz kimi, şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illiyi qeyd olunur. Prezident İlham Əliyev tərəfindən 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş və bununla bağlı həm ölkə daxilində, həm də ölkə xaricində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Məhz buna görə də, Fidan Hacıyeva konservatoriyanı bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadın, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, vokalçı Ədilə Hüseynzadənin əsərlərindən ibarət bu konsertləri İtaliya, İspaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrdə silsilə olaraq davam elətdirmək arzusundadır.

Qeyd edək ki, əvvəlcə konservatoriyanın vokal şöbəsində əfsanəvi Bülbülün sinfində təhsil alan Ədilə xanım, daha sonra böyük ustad Üzeyir Hacıbəylinin sinfinə qəbul olunmuşdur. Uzun illər ərzində qələmini musiqinin müxtəlif janrlarında sınayan Ədilə xanım simfonik poema, simli kvartet, xor əsərlərin, violonçel və fortepiano üçün sonatinanın müəllifidir. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Milli musiqimizdə romans janrının təşəkkülündə onun özünəməxsus yeri vardır. Ədilə xanımın Nizaminin sözlərinə yazılmış "Vəslin həvəsi" romansı, habelə Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şerlərinə bəstələnmiş romansları və "Duyğular" vokal silsiləsi musiqimizin inciləridir. Professional vokalçı olan Ədilə xanımın Rəsul Rzanın sözlərinə yazdığı “Yaşamaq”, “Kövrək budaq”, “Mənim arzum”, “Yenə, yenə ürək haqqında”, Nigar Rəfibəylinin sözlərinə yazdığı “Günəşdən gənclik istədim”, “Məhəbbətlə doğulmuşam anadan”, “Lirik nəğmə” və digər onlarla gözəl əsərləri vardır. O, həmçinin 1945-ci ildə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə Asyanın vokal partiyasını səsləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 692

Oxşar yazılar

"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06