Fəxri adlarla bağlı nazirə müraciət olundu
30 avqust 2013 18:26 (UTC +04:00)

Fəxri adlarla bağlı nazirə müraciət olundu

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qobustan şəhərində Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib. Müraciətlər əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, yerlərdə tarix-mədəniyyət abidələrinin bərpa və təmirinə, mədəniyyət evlərinin tikintisinə köməklik göstərilməsi, uşaq musiqi və incəsənət məktəbləri üçün yeni filialların açılması, folklor kollektivlərinin fəaliyyətinin genişləndirilməsi, yaradıcı insanların fəxri adlarla təltif edilməsi, işlə təmin olunma, sosial problemlərin həlli, kitabxanalara ixtisaslı kadrların cəlb olunması və digər məsələlərlə bağlı olub.


Bəzi müraciətlərdə konkret təklif və təşəbbüslər irəli sürülüb, o cümlədən Basqal və Lahıc tarix mədəniyyət qoruqlarının fəaliyyətinin genişləndirilməsinə köməklik edilməsi, mədəniyyət kollektivlərinə lazımi texniki avadanlıqların verilməsi xahiş olunub.
Qəbula yazılmış vətəndaşları diqqətlə dinləyən nazir səslənən bütün xahiş və təkliflərin nəzərdən keçiriləcəyini, onların həlli yönündə zəruri addımların atılacağını bildirib. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1085

Oxşar yazılar