“I Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi ”nə erməni memar iş təqdim edib. Lent. az-ın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbəy Qasımzadə bildirib. O, qeyd edib ki, göndərilən işə hələlik jüri üzvləri baxılmayıb: “Ümumiyyətlə, bu, o deməkdir ki, ermənilər Azərbaycanda ədalətin və haqqın olduğuna inanırlar. Biz hələlik o işi indidən təhlil edə bilmərik. Çünki ona hələ baxılmayıb. Jüri o işlə tanış olmalı və qərar verməlidir. Hər bir ölkənin nümayəndəsi bizim müsabiqəmizdə iştirak edə bilər”.
E. Qasımzadə əlavə edib ki, o müsabiqənin ədalətli olacağına təminat verir: “Mən şəxsən öz adımdan təminat verirəm ki, kimliyindən, hansı millətin nümayəndəsi olmasından asılı olmayaraq, qərar ədalətli olacaq. Əgər bizim həmkarımız olan həmin erməni memarın işi həqiqətən jürinin xoşuna gələrsə, deməli, mükafatlandırılacaq”.