
Əjdər Olun oxucularla görüşü keçirilib
“Azərkitab-Kitab Təbliğatı Mərkəzi” nin təşəbbüsü ilə şair, publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əjdər Olun (Cəbiyev) oxucularla görüşü keçirildi.
Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov bildirib ki, belə tədbirlərin keçirilməsi gənclərimizin maariflənməsi, onların kitaba, mütaliyəyə marağının artırılması məqsədi daşıyır. Daha sonra Əjdər Ol (Cəbiyev)-in yazıçı kimi nailiyyətlərini, onun əsərlərinin müasir dövrümüzün tələbləri səviyyəsində olduğu barədə fikirlərini oxuculara çatdırıb.
Əjdər Ol (Cəbiyev) öz yaradıcılığı haqqında çıxış edəndən sonra tədbir iştirakçılarının onun fəaliyyəti ilə bağlı suallarını cavablandırıb. Sonda gənclərə həyatda qarşılarına qoyduqları məqsədə çatmaq üçün mütaliənin rolunu xüsusi qeyd edib.
Ölkədə kitab təbliğatını inkişaf etdirmək, kitaba marağı artırmağı qarşısına məqsəd qoyan “Azərkitab-Kitab Təbliğatı Mərkəzi” dən bildirildi ki belə layihələr davamlı olacaq.
Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10