Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 4-də Sumqayıtın Tarixi Muzeyində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qəbula Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Zəngilan, Şuşadan olan vətəndaşlar gələ bilər.
İştirak etmək istəyənlər qəbula nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı və 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə yazıla bilərlər.